Myanmadakı xunta administrasiyası keçmiş Britaniya səfiri də daxil olmaqla 6 minə yaxın məhbusun azad ediləcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, ölkənin milli bayramı olan cümə axşamı elan edilən amnistiya qərarı, təxminən il yarımdır hakimiyyətdə olan hərbi idarənin ilk "açılış” addımı kimi qiymətləndirilib. Administrasiyadan verilən açıqlamada həbsdə olan yapon jurnalist, Avstraliyanın keçmiş hökumət müşaviri və İngiltərənin keçmiş səfiri Vicky Bowman da daxil olmaqla 6 min nəfərin əfv olunduğu və azadlığa buraxılacağı bildirilib.
Ölkədə milli bayram münasibətilə elan edilən qərardan 5774 məhbus, o cümlədən 676 qadın azad olunacaq. İnsan haqları təşkilatları 2021-ci ilin fevralında baş vermiş hərbi çevrilişdən sonra ölkədə həbs olunanların amnistiya tələbi ilə bağlı dəfələrlə müraciət ediblər.
7NEWS.az








