Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanı "Altın kelebek" mükafatı alması münasibətilə təbrik edib.
7News.Az xəbər verir ki, bu haqda ifaçı "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Namiq Kazımova ilə bağlı suala adını çəkmədən cavab verib. O, Aygünün adını çəkəndə qalmaqal yaşandığını söyləyib:
"Bütün uğurlu işləri təbrik etməyə dəyər. Eyni zamanda dediyiniz məsələ də doğrudan qürurvericidir. Təbrik olunası gözəl bir işdir. Sadəcə, ad çəkmirəm ki, saytlar götürür lazımsız şeylər edir. Ona görə o mövzulara girmək istəmirəm. Təbi ki, Azərbaycanın adı yaxşı yerlərdə hallanırsa, bu, bizim fəxrimizdir".

7News.Az