Sənətçi özü bu barədə sosial şəbəkədə yazıb:
"Dünəndən instaqram səhifəmi qırmaq üçün bir neçə dəfə cəhd göstəriblər, fan səhifələrimi, "soyuqdur” həştağını şikayət ediblər. Sözüm olmayan işini buraxıb bu işlə məşğul olanlaradır .Ömür boyu başqalarının uğurunu həzm etməyib, yalnız bu cür işlərlə məşğul olduğunuz üçün ömrünüz hədər getdi və getməkdədir. Siz bu və ya digər etdiyiniz murdarçılıqlarla mənim telimə də zərər vura bilmədiniz. Əksinə hər cəhdinizlə Allah qarşınıza yeni uğurlarımı gətirdi.
Sizə yalnız uğurlarımın həştağını şikayət etmək qaldı. Çox maraqlıdır, lap səhifəmi ələ keçirdiniz, adım harada var, oranı şikayət etdiniz... Bu sizə uzağı təsəlli olacaq, mənim də bir az əhvalım pozulacaq. Amma nəticə eyni qalacaq. Siz cılız düşüncəli bədbəxtsiniz. El ucalan namı sevir. Çünki Allah sevəni hamı sevir”.








