Sağlam Gəncliyə Doğru İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası-nın maliyyə dəstəyi ilə, iyun ayının 7-dən 11-dək Şabran, Şamaxı, Şabran, İsmayıllı şəhərlərində "Narkomaniya ilə bağlı regionlarda seminarların keçirilməsi” adlı layihəsi çərçivəsində silsilə tədbirlər keçirmişdir. Tədbirlər seminar formatında keçirilmişdir. Layihənin məqsədi gənclər arasında narkomaniyaya meyilliliyin dahada azaldılması, bu bəlanın yayılmasının qarşısının alınması, gənclərin daha sağlam mühitdə formalaşması, onlarda narkomaniyanın yarada biləcəyi fəsadlar haqqında məlumatların artırılmasından ibarətdir. Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, polis orqanlarından nümayəndə, gənclərlə iş sahəsində təcrübəli şəxslər iştirak etmişdir. Mövzunun həssas olduğunu nəzərə alaraq tədbirlərə əsasən gənclər dəvət olunmuşdur. Daha sonra gənclərlə mövzu ətrafında müzakirələr aparılmış və narkomaniya ilə mübarizənin yolları araşdılırımışdır.
7news.Az








