RU
Narkomaniyasız gələcək üçün çalışaq!
15:50
188

Narkomaniyasız gələcək üçün çalışaq!

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, növbəti görüş rayonun Əliqasımlı kənd tam orta məktəbində keçirilib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev bildirdi ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Daha sonra çıxış edən Əliqasımlı kənd tam orta məktəbinin direktoru Natiq Kazımov polis əməkdaşları tərəfindən təhsil müəssisələrində belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıb.

Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ