RU
Natavan Həbibinin 2 fanatı nişanlandı
16:06
1230

Natavan Həbibinin 2 fanatı nişanlandı

Məşhur müğənni Natavan Həbibinin iki fanatı nişanlanıb.

7News.Az-ın məlumatına görə, Natanın 9 illik fanatı Zeki ilə digər fanat Aysel nişanlanıb.

Belə ki, bu mərasim Natavan Həbibinin iştirakı ilə baş tutub. Cütlük məşhur müğənninin konsertində tanış olublar. Bu mərasimdə həm də fanatlarla görüş reallaşıb.

Maraqlı məqam odur ki, nişan üzüyünü də məhz Natavan özü taxıb.

Pərəstişkarları ilə tez-tez görüşən məşhur müğənni, bu gözəl bir işin baş tutmasında çox sevincli olduğunu bildirib: "Bu bir ilk idi. Ki, müğənninin 2 fanatı ailə qurur. Mən bu işdə varamsa, nə xoş mənə. Allah xoşbəxt eləsin".


 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ