7NEWS.az xəbər verir ki, yerli mənbələrdən verilən açıqlamada Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində ən azı 33 nəfərin həyatını itirdiyi bildirilib. Yağışlardan ən çox təsirlənən ölkənin şimal-qərbindəki Karnali əyalətində minlərlə insanın təxliyə edildiyi, yüzlərlə evin zərər gördüyü öyrənilib. Çoxlu sayda yaralının olduğu əyalətdə ən azı 22 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Davam edən yağışlar səbəbiylə axtarış-xilasetmə işlərində aksamalar olduğu öyrənilib.
7NEWS.az








