Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən güclü selin ağır nəticələri davam edir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Qurumu (NDRRMA) sel nəticəsində ölənlərin sayının 1355-ə yüksəldiyini açıqlayıb.
Bildirilib ki, itkin düşən 4 996 nəfərin axtarışı davam etdirilir. Fəlakət nəticəsində yaralanaraq xəstəxanalara yerləşdirilən 6 672 nəfərin müalicəsi aparılır.
Axtarış-xilasetmə, yardım paylanması, meyitlərin çıxarılması və digər təxirəsalınmaz işlərə 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb olunub.
Nepal hökuməti fəlakət qurbanlarının xatirəsinə ölkədə bir günlük matəm elan edib. Matəm günü ilə əlaqədar dövlət qurumlarında və ölkənin diplomatik nümayəndəliklərində bayraqlar yarıya endirilib. Yerli sakinlər isə həyatını itirən və itkin düşən şəxslərin xatirəsini anıblar.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.








