RU
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları qanvermə aksiyasında iştirak edib
18:30
216

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları qanvermə aksiyasında iştirak edib

Bu gün Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün ənənəvi könüllü qanvermə aksiyası təşkil olunub.

Aksiyada nazirliyin əməkdaşları fəal iştirak ediblər. Mərkəzi Qan Bankının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini qiymətləndirdikdən və anemiya testi etdikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə verilib. Bununla da aksiyaya qatılan donorlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.

Qeyd edək ki, toplanan qan nümunələri müayinədən keçdikdən sonra onlardan hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, qan verərəkən insanların həyatını xilas etməklə yanaşı, qan donoru öz immun sisteminin güclənməsinə də müsbət təsir göstərmiş olur. Qanvermə proseduru ürək-damar xəstəlikləri ilə yanaşı şəkərli diabet riskini də azaldır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ