Ötən gün xalq artisti Nisə Qasımovanın 65 yaşı tamam olub.
7News.Az axşam.az-a istinadən bildirir ki, sənətçi özünə paytaxt məkanlarının birində təmtəraqlı ad günü edib.
Gecəyə ağ rəngli libasda qatılan Qasımovanı həmkarları tək qoymayıblar.
Onun doğum gününə qatılanlar sırasında xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Cavanşir Məmmədov, müğənnilər Şəbnəm Tovuzlu, Murad Arif, rəqqasə Fatimə Fətəliyeva və başqaları olub.
Ad günündən fotolar sosial şəbəkədə paylaşılıb.
7News.Az










