Xalq artisti Niyaməddin Musayev "Dostlar” verilişinin qonağı olub.
"Niyaməddin müəllimin qızı Röyaya təşəkkür edirəm. Ona zəng etdim və dedim ki, atana belə bir sürpriz etmək istəyirəm. O da çox sağ olsun ki, məni qırmadı, razılıq verdi. Röya söylədi ki, sizə hər şey olar. Bilirik ki, atamı çox istəyirsiz”.
Süjetə baxan N.Musayev kövrəldiyini deyib:
"Bu bir həyat oldu mənə. Çünki bunun özü bir tarixdir. Kövrəldim. Nəvələrim əlaçıdırlar. Röya qızımın da, Orxan balamın da övladları yaxşı oxuyur”.











