Məşhur türkiyəli aktrisa Deniz Çakır haqqında yayılan şayiələrə aydınlıq gətirib.
7News.Az xəbər verir ki, Çakır sosial şəbəkədə sevgilisinin olmadığını bildirib.
"Volkan, sən guya mənim yeni sevgilim imişsən. Səbəb isə sahildə oturmuşuq, günəş qəbul etmişik, tum çırtlamışıq. Bir də söhbət etmişik. Nə edək? Təbii ki, gülüb keçirəm”,-deyə aktrisa qeyd edib.
Daha sonra Deniz instaqramda eks-sevgilisi, aktyor Oktay Kaynarcaya söz atıb, "darıxdım” başlığı ilə paylaşım edib.
Xatırladaq ki, Oktay və Deniz "Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alırlar.








