Meksikanın “O səs” proqramının ilk mövsümündə yarışan Alejandro Jano Fuentes öldürülüb.
45 yaşlı müğənni doğum günü gecəsi dostları ilə birgə öz avtomobilinə minmək istəyib, naməlum şəxs onlara yaxınlaşıb.
O, Alejandronu avtomobildən bayıra çıxaraq başından silahla 3 dəfə vurub.
İfaçı təcili olaraq xəstəxanaya aparılıb, müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
7news.Az








