7NEWS.az xəbər verir ki, Yaponiyanın Yokohoma Bələdiyyəsinin Kadastr İdarəsində çalışan bir bələdiyyə işçisinin 9 ay ərzində ofis kompüterində cəmi 275 saat oynadığı müəyyən edilib. Hadisə cəzalandırılan əməkdaşın iş yoldaşının "Çoxlu tıqqıltı eşitdim, bunun qeyri-təbii olduğunu düşündüm, onu müşahidə edəndə oyun oynayırdı” deməsi ilə üzə çıxıb. Bildirilib ki, İntizam Şurasına göndərilən işçiyə 5 ay müddətində maaşından 10 faiz tutulma edilib.
7NEWS.az








