RU
lombard
Ofis meneceri olan qız oğrunun başına belə oyun açdı - VİDEO
17:40
224

Ofis meneceri olan qız oğrunun başına belə oyun açdı - VİDEO

Rusiyanın Volqoqrad vilayətində maraqlı hadisə baş verib.

7News.Az-ın vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Voljski şəhərində yerləşən mikromaliyyə təşkilatının ofisində uğursuz soyğunçuluq anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Belə ki, ofisə əlində bıçaqla daxil olan soyğunçu zirəng menecerə rast gəlib: qadın qorxub qışqırsa da, özünü itirmədən onun əlindən soyuq silahı alaraq, həyəcan siqnalını işə salıb.

Hadisə yerindən uzaqlaşmaq istəyən cinayətkar tez bir zamanda polis tərəfindən saxlanılıb.

Məlum olub ki, həmin şəxs boynunda 6 cinayət işi olan 30 yaşlı yerli sakindir. O, digər bir xanımın çantasını oğurlamaq istəyən zaman ələ keçib.

Narkoman olduğu iddia olunan cinayətkar 10 il azadlıqdan məhrum edilə bilər.


7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ