"Kurtlar Vadisi" serialının "Polat Alemdar"ı Necati Şaşmaz Taksim meydanında insanlar qarşısında çıxış edib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 15 iyul - hərbi çevrilişə cəhd gecəsini pisləyən mesajlar səsləndirib:
".. Demokratiyamıza zərbə vurmaq istədilər. Biz dimdik ayaq üstə qaldıq. Bir tankdan digər tankın altına qaçdıq. Bunun qarşısını alan xalqıma təşəkkür edirəm. Millətimiz bu demokratiya savaşında qarşısında durdu və onu əzdi...
Onlar insansevər göründülər. Bir çox insanı Allahla aldatdılar. Amma biz bu gün əsl simalarını gördük. 14-üncü ilinə girəcək "Kurtlar Vadisi". İllərdir bu həqiqəti başa salmağa çalışırıq. Serialda "bunlar təxəyyül məhsuludur" yazdım, amma bu gün görürük ki, bunlar bir həqiqət imiş. Biz başa salmağa davam edəcəyik. Biz bütövük. Hər məhəllədə, hər küçədə nəfəs aldığımız havada azadlığımızı həss edirik".








