RU
“Onu evdə qoyduğum üçün vicdan əzabı çəkirəm” - FOTO
17:50
598

“Onu evdə qoyduğum üçün vicdan əzabı çəkirəm” - FOTO

Rəqqasə-aktrisa Oksana Rəsulova təqdim etməyə hazırlaşdığı  "Oksana ilə Doysana" layihəsindən danışıb.

Musavat.com saytına açıqlama verən Oksana bildirib ki, sözügedən layihə internet üzərindən tamaşaçılara təqdim olunacaq: "Yeməklə restoranla bağlı layihədir. Yemək hazırlayacağam. Orada baş verənləri öz telefonumla çəkəcəyəm. "Facebook", "İnsagram" və "Youtube" kanalında yayımlanacaq. Bundan başqa qonağım da olacaq. Maraqlı layihədir. Əgər tutarlı olsa, gələcəkdə televiziya versiyasını da təqdim edəcəyəm. Hər şey tamaşaçıların göstərəcəyi maraqdan asılıdır".

Oksana "Maşın şoudan da bəhs edib. O, favoritinin olmadığını deyib: "Maraqsız deyil. "Maşın" şou həmişə mənim üçün maraqlı olub. İnsanların strateji oyunlarını, mövqelərini izləyirəm".

 

Oksana oğlu Osmandan da danışıb: "Ana olmaq gözəl hissdir. Bilirsiniz, illərdir ki, ana olmaq arzum idi. Nəhayət, Allah mənə oğlumu qismət etdi. Yavaş-yavaş böyüyür. Mən də iş başına qayıtmışam. Düzdür, onu qoyub evdən çıxdığım üçün vicdan əzabı çəkirəm. Lakin iş də görmək lazımdır"./milli

7News.Az

“Onu evdə qoyduğum üçün vicdan əzabı çəkirəm” - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ