Müğənni Sərdar Ortaçın həyat yoldaşı, model Chloe Loughnan aparıcı olacaq.
7News.Az xəbər verir ki, futbolçu Caner Erkinin eks-həyat yoldaşı Asena Atalayı Chole əvəzləyəcək.
İrlandiyalı gözəl “D maqazin” verilişinin siması seçilib, Asena səhhəti ilə bağlı daha verilişi apara bilməyəcəyini söyləyib.
“Türkçəmi daha da inkişaf etdirmişəm. Maqazin dünyası ilə çox maraqlanıram. Kimin nə etdiyini çox yaxşı bilirəm”,- deyə model bildirib.














