May ayının 15-də Kempinski oteldə Azərbaycanın tanınmış repçisi Orxan Zeynallının (AiD) "Qravitasiya" adlı böyük solo konserti baş tutub.
7News.Az-ın xəbərinə görə, Orxan Zeynallı konsertdə "Qravitasiya" albomundan və digər köhnə mahnıları canlı orkestrın müşayiəti ilə səsləndirib. Konsert iki mərhələli baş tutub. İlk yarısında ancaq sakit və yeni albomdan olan mahnılar, ikinci yarısında isə Orxan Zeynallının ən çox sevilən köhnə mahnıları dinləyicilərlə birlikdə ayaüstə oxunub və repçinin hələ paylaşılmayan yeni klipi təqdim olunub.
Konsertdə Orxan Zeynallı ilə birlikdə keçmiş H.O.S.T qrupunun digər üzvü PRoMete, Tomris, Vlada Axundova, Dilarə Kazımova və Mərdan Kazımov da çıxış edib.
Sonda isə "Qravitasiya" albomunun təqdimatı keçirilib, albomlar Orxan Zeynallı tərəfindən imzalanıb.
7News.Az



























