7News.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənət dünyasının səbrsizliklə gözlədiyi mərasimi komediya aktyoru, aparıcı Cimmi Kimmel təqdim edəcək. O, bu haqda Tvitterdə yazıb:
"Bu il "Oskar"ı mən aparıram. Bu bir zarafat deyil. Zarafatdırsa, intiqamım ağır, amma əyləncəli olacaq".
C.Kimmel bundan əvvəl Amerika Musiqi Mükafatların və "Emmi" mükafatlandırma mərasiminə aparıcılıq edib.
Qeyd edək ki, "Oskar" gecəsi 2017-ci il fevralın 26-da baş tutacaq. Bu il aktyor Kris Rokun apaıcılıq etdiyi mərasim son 7 ilin ən az izlənilən mərasimi olmuşdu.








