RU
Oskar mükafatlı filmdə rol alan iranlı aktrisa həbs edildi
15:42
137

Oskar mükafatlı filmdə rol alan iranlı aktrisa həbs edildi


7NEWS.az xəbər verir ki,  2017-ci ildə "Ən yaxşı beynəlxalq film” nominasiyasında Oskar qazanan "Satıcı” filminin baş rol ifaçısı iranlı Taraneh Alidoosti ölkəsində davam edən etirazlara dəstək verdiyi və ölüm hökmünü tənqid etdiyi üçün həbsu edilib. 

İranın ən məşhur aktrisalarından olan Təraneh Alidoosti Mahsa Əmini etirazlarını dəstəkləyən nümayişçilərlə həmrəy olduğunu bildirdikdən sonra həbs edilib. 

Alidoosti, keçən həftə İnstaqram səhifəsində etdiyi paylaşımda Möhsün Şəkərinin edamına və Mahsa Amini etirazlarında iştirak edənlərin edam cəzasına məhkum edilməsinə qarşı çıxış etməyən beynəlxalq təşkilatları qınadı. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ