RU
Pakistanda 150-dən çox quldur təhlükəsizlik məntəqələrinə hücum edib : 5 ÖLÜ
16:06
49

Pakistanda 150-dən çox quldur təhlükəsizlik məntəqələrinə hücum edib : 5 ÖLÜ


7NEWS.az xəbər verir ki, Pakistanın Sind əyalətində 150-dən çox quldurun təhlükəsizlik məntəqəsinə hücumu nəticəsində 5 polis həyatını itirib, 4-ü yaralanıb. Milli medianın məlumatına görə, 150-dən çox quldur Qotki rayonundakı təhlükəsizlik məntəqəsinə silahla hücum edib. Adının açıqlanmasını istəməyən polis məmuru Anadolu Agentliyinə (AA) hücum edənlərin raketlərdən istifadə etdiyini bildirib. Həyatını itirən polis əməkdaşlarının cəsədləri soyğunçuların əlindədir. Bölgəyə çoxlu sayda əlavə təhlükəsizlik qüvvələri göndərilib. Təhlükəsizlik rəsmiləri polisin ictimai asayişi qorumaq üçün əraziyə getdiyini və soyğunçuların bu səbəbdən hücum təşkil etdiyini bildirir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ