7NEWS.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə elektrik enerjisinin kəsilməsi səbəbindən bir çox məhəllə qaranlığa qərq olub.
Paris Mərkəzinin meri Ariel Veyl saat 22:42-də "Twitter” hesabında Parisin 4-cü və 5-ci rayonlarında elektrik enerjisinin kəsildiyini bildirib.
Paris yanğınsöndürənləri sözügedən 4 bölgədə elektrik kəsilməsi səbəbindən vətəndaşların onlarla əlaqə saxladığını təsdiqləyərək, hadisənin Enedis tərəfindəki transformatorun nasazlığı ilə əlaqəli olduğunu bildiriblər. Paris yanğınsöndürənləri vəziyyətin yaxşılaşdığını bildiriblər.
7NEWS.az








