Pediatrlar üçün seminar uşaqların qidalanması mövzusuna həsr olunub

Pediatrlar üçün seminar uşaqların qidalanması mövzusuna həsr olunub

Müasir səhiyyənin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacını tam ödəmək prinsipi onların peşə bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini zəruri edir. Tibbi və əczaçılıq texnologiyalarının sürətli inkişafı şəraitində xəstəliklərin diaqnozu, müalicəsi və profilaktikası məsələləri davamlı təhsil proqramlarında sistemli şəkildə təlimatlandırma aparıldıqda da, zəruri peşə səviyyəsini qorumaq üçün kifayət etməyə bilər. Ona görə də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən ixtisasartırma kursları bu məqsədlə təşkil olunub.

 

Praktik vərdişlərə daha yaxşı yiyələnmək üçün 2019/2020-ci tədris ilində institutun bütün kafedralarında 1 və 2 günlük seminar-treninqlər keçirilir. İndiyədək bir neçə kafedrada seminar-treninqlər keçirilib.

 

Bu günlərdə pediatriya kafedrasında keçirilən "Təbii qidalanmanın prinsipləri” adlı seminar-treninqdə 49 həkim-pediatr və həkim-diyetoloq iştirak edib. Tədbir uşaqların qidalanmasının qlobal strategiyası, təbii qidalanmanın prinsipləri və əhəmiyyəti, ana südünün özəllikləri və uşaq inkişafına təsiri, onun qorunması və təbliği məsələlərinə həsr olunub.

Xəbər lenti