7NEWS.az xəbər verir ki, Perunun müdafiə naziri Alberto Otarola günlərdir davam edən şiddətli etirazlar səbəbilə ölkə daxilində 30 günlük fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Peru Baş Prokurorluğu hazırda həbsdə olan və "iğtişaşlar törətməkdə” təqsirləndirilən Castillonun 18 ay müddətinə həbs-qətimkan tədbirində saxlanılmasını istəyib.
Peruda dekabrın 7-dən bəri sular sakitləşmir. Keçmiş prezident Pedro Kastilyonun vəzifəsindən uzaqlaşdırılmasından sonra başlayan etirazlar səbəbindən ölkə daxilində fövqəladə vəziyyət elan edilib.
Perunun müdafiə naziri Alberto Otarola günlərdir davam edən şiddətli etirazlar səbəbilə ölkə daxilində 30 günlük fövqəladə vəziyyət elan edildiyini və rəsmi fərmanın tezliklə elan ediləcəyini açıqlayıb.
Ötən bazar ertəsi ölkənin cənubunda Kastilyo tərəfdarlarının etirazları səbəbindən fövqəladə vəziyyət elan edilib.
7NEWS.az








