Reytinq göstəriciləri uğurlu olan, lakin Burcu Özberk və Hande Kaptanın mübahisələrindən sonra ekranlarla vidaşalan "Şahane damat” serialı müzakirələrə səbəb olub.
Qalmaqal yaranmasının əsas səbəbi isə qarşılıqsız sevgi olduğu məlum olub.
Serialın baş qəhrəmanı Burcu Özberk həmkarı Ali Ersan Duruya aşiq olub.
Ancaq eşqinə cavab ala bilməyin özberk kulisdə problemlər yaratmağa başlayıb. Prodüserlər bu xaos mühitinin daha da artmamağı üçün serialın final etməsinə qərar verib.
Özberk Durudan rədd cavabı aldıqdan sonra bütün yaxınlaşma səhnələrində problem çıxarıb və çəkilişlər çox uzandığı üçün belə bir qərar qəbul olunub.
Aktrisanın həmkarı Hande Kaptanla mübahisələrinə isə bu gecikmələr səbəb olub.
Xatırladaq ki, Erhan Yazıcıoğlu və Nükhet Duru kimi məşhur simaların da rol aldığı və 120 nəfərin işsiz qaldığı layihə 8-ci bölümdə final edib.
















