RU
Polşa ordunun
15:34
231

Polşa ordunun "müharibə hazırlığını" gücləndirir


Raketin Ukrayna sərhədinə düşməsindən sonra Polşa hökuməti Milli Təhlükəsizlik Komitəsini çağırıb. "Hərbi hissələrin döyüş hazırlığının artırılması qərara alınıb", - hökumət sözçüsü Müller bildirib.

7NEWS.az xəbər verir ki, Rusiyaya aid olduğu iddia edilən raketin Ukrayna sərhədindəki kəndə düşməsi və 2 nəfərin həlak olması ilə əlaqədar Polşa hökuməti həyəcan təbili çalıb.
Polşa hökumətinin sözçüsü Piotr Müller, Baş nazir Mateusz Morawiecki'nin təcili toplantıya çağırdığı Milli Təhlükəsizlik Komitəsindən sonra jurnalistlərə açıqlama verib. İclasda bütün aidiyyatı yüksək vəzifəli şəxslərin iştirak etdiyini bildirən mətbuat katibi "Hərbi hissələrin döyüş hazırlığının artırılması qərara alındı” dedi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ