Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE

Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı bəzi avtobiqorafik məlumatlar bəlli olub.

7News.Az xəbər verir ki, Ağsunun yeni icra başçısı V.Tağıyev əslən Göyçay rayonundandır.

O, icra başçısı təyin olunmazdan əvvəl təhlükəsizlik orqanlarında çalışıb.

Onun Dövlət Təhlükəsizlik Xidmətinin Astara və Zaqatala şöbələrində rəis müavini vəzifəsini daşıdığı bildirilir.

V.Tağıyevin son iş yeri isə DTX-nın Xaçmaz rayon şöbəsinin rəisi olub. V.Tağıyev xidmətdə fərqlənməyə görə medalla da təltif edilib.

Belə ki, Prezidentin 2006-cı il 27 mart tarixli sərəncamı ilə polkovnik Vahid Heydər oğlu Tağıyev "Hərbi xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Heydər oğlu Tağıyevin V.Tağıyevin qardaşı olduğu bildirilir.
 
 
 
7News.Az

Xəbər lenti