Tədbirdə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin könüllüləri və Qaradağ rayonu sakini olan abituriyentlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon
"Gənclər Evi" nin rəhbəri Pərvin Qasımov açıb.O, çıxışında dövlət gənclər
siyasəti və Qaradağ Rayon Gənclər Evi haqqında
iştirakçılara geniş məlumat verib.
Sonra
çıxış edən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Beynəlxalq
Əlaqələr şöbəsinin müdiri Rauf Həsənov bütün qonaqları Gənclər Günü münasibətilə
təbrik edib, iştirakçılara "Loqos" PNİM və Psixoloji Xidmət və Tədqiqatlar
İctimai Birliyi haqqında ətraflı məlumat veribdir.
Çıxışlardan
sonra "Loqos" PNİM-in psixoloqu, Bakı Dövlət Universitetinin
Sosial-psixologiya fakültəsinin müəllimi Könül Cəfərova abituriyentlər üçün
"Diqqət əskikliyi və imtahan həyacanı" mövzusunda təlim keçib və təlim
çox maraqla qarşılanıb.
Sonda tədbir
bədii hissə ilə davam etdirilib.











