Məşhur pop ulduz Castin Biberin Los-Angelesdə başına iş gəlib.
7News.Az xəbər verir ki, "Subway”də ərzaq alan müğənninin kredit kartında pul olmayıb, hesabı ödəməkdə çətinlik çəkib.
Sənətçinin aldığı buterbrod, dörd şüşə süd və bir neçə şirniyyatın pulunu isə pərəstişkarı ödəyib.
Restoranın qarşısında isə 18 yaşlı sevgilisi Sofiya Riçi onu gözləyib.
22 yaşlı pop ulduzun pulunun olmamasına baxmayaraq sevgilisindən maddi dəstək istəməməsi diqqət çəkən əsas məqamlardan biri olub.









