RU
Qarabağ qazilərinin adından sui-istifadə edilməsini sübut edən VİDEOFAKT
15:40
246

Qarabağ qazilərinin adından sui-istifadə edilməsini sübut edən VİDEOFAKT

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət SOCAR-ın mühafizə xidməti ilə bir qrup şəxs arasında baş vermiş insidentlə əlaqədar sosial şəbəkələrdə yayılmış videofaktı şərh edib.

7News.Az xəbər verir ki, onun şərhində deyilir: "Lütfən paylaşaq, gerçəkləri hər kəs bilsin. Bu videoya diqqət! İlk hissəsi 2017-ci ildə Suraxanıda çəkilib. Bu adam ev tikir özü üçün. Əli ayağı da yerindədir. Sap-sağlam, tir kimi oğlandır. Və ikinci hissəyə - SOCAR mühafizəçiləri ilə olan qarşıdurmaya diqqət.

Yenə də mərkəzdə bu adamdır. Amma bu dəfə guya əlildir. Çəliklə gəzir. Hadisə 2019-cu ilə aiddir. Bəlli olur ki, belə adamlar qazi adından beləcə sui-istifadə edir. Ona görə də hüquq mühafizə orqanlarının bu məsələni sonadək araşdırıb cəmiyyətə məlumat verməsini şəxsən bir vətəndaş kimi tələb edirəm. Niyə belə adamlar Qarabağ qazisi kimi müqəddəs addan sui-istifadə edir? Belələri doğrudanmı Vətən üçün vuruşub? Şübhə edirəm şəxsən!"

Videofaktı təqdim edirik:

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ