Qaraçı musiqisinin ən məşhur adlarından biri müğənni və şairə Esma Rəcəbova vəfat edib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki həftə əvvəl xəstəxanaya yatızdırılan 73 yaşlı sənətçi dünən Makedoniyanın paytaxtı Skopyedə dünyasını dəyişib.
"Makedoniyanın kraliçası" və "Qaraçıların divası" ləqəbli Rəcəbova sənəti ilə yanaşı, qaraçılara qarşı irqçiliyi pisləyən kampaniyaların aktiv iştirakçısı olub, onlarla uşağın himayədarlığını edib.