RU
16:00
322

"Qardaşım üçün evi mən aldım, işləmir" –Xatirə İslam

Ötən gün Xəzər TV-də yayımlanan "5də 5" verilişində qonaq olan müğənni Xatirə İslam proqrama qardaşı və onun həyat yoldaşı ilə gəlib.

7News.Az xəbər verir ki, müğənni proqramın qonağı olarkən qardaşının ailəsi haqqında danışıb. O, bildirib ki, qardaşını o böyüdüb və toyunu da özü edib:

"Qardaşımın toyunu mən etdim. Hər şeyini də mən aldım. Onlar üçün evi də mən aldım. Özü çox savadlıdır. Xarici Dillər Universtetini bitirib və xarici dilləri mükəmməl bilir. Amma hazırda qardaşım işləmir”.

Müğənninin qardaşı Tural işləməməyini belə açıqlayıb:

"Başım şəxsi biznesə qarışıb.İkimizin birlikdə cütlük olaraq İnstaqram səhifəmiz var. Lazım olanda orada hansısa markaları da reklam edirik”.

Xatirə İslam qardaşını efirə çıxardığına hərdən peşman olduğunu da bildirib:

"Hərdən deyirəm ki, gərək efirə çıxmağa qoymayardım. Amma toyda onların üzünü gizlədə bilmədiyim üçün daha sonra efirə çıxmalarına da əngəl ola bilmədim”.

Qeyd edək ki, Tural Məmmədovun 23 yaşı var və 4 aydır evlidir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ