Hindistanın Dehli şəhərində meymun ikinci mərtəbədən 30 yaşlı Məhəmməd Qurbanın başına kərpic ataraq öldürüb.
Bu barədə "Daily Mail" yazır.
Məlum olub ki, hadisə meymunlar binanın ikinci mərtəbəsindəki su çənini açmağa çalışarkən baş verib. Onlar çənin başına qoyulan iki kərpici götürüb, yerə atıblar. Kərpiclərdən biri aşağıda çanta satan Qurbanın başına düşüb. Zərərçəkən şəxs huşunu itirib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun artıq öldüyünü bildiriblər.
Qeyd edək ki, daha öncə Hindistanın Tanjavur şəhərində vəhşi meymunlar yeni doğulan əkizləri qaçırdıb və onlardan birini öldürüblər. 8 günlük qız uşağının meyiti su arxında tapılıb.
7News.Az








