RU
lombard
Qazaxıstanda koronavirusa yoluxanların sayı 704 nəfərə çatıb
12:50
109

Qazaxıstanda koronavirusa yoluxanların sayı 704 nəfərə çatıb

Qazaxıstanda yeni növ koronavirusa (COVİD-19) daha 7 nəfər yoluxub.

 7News.Az-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 704 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (222) və Almatı (119) şəhərlərində qeydə alınıb.

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, aprelin 7-si saat 23:30 üçün dünyada 1 412 103 nəfər koronavirusa yoluxub, 81 103 nəfər dünyasını dəyişib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ