RU
Qəbiristanlıqda şok tapıntı: COVID-19 zamanı ölən 19 nəfərin cəsədi aşkarlanıb
10:50
25

Qəbiristanlıqda şok tapıntı: COVID-19 zamanı ölən 19 nəfərin cəsədi aşkarlanıb

Rumıniyanın Slatina şəhərindəki qəbiristanlıqda COVID-19 pandemiyası zamanı ölən 19 nəfərin cəsədlərinin dəfn olunduğu kütləvi məzar aşkarlanıb. Dəfn yerinin sərdabə adı altında gizlədildiyi bildirilir.

7News.Az adevarul.ro-ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri Mario de Metsso məlumat verib.

Qazıntılar zamanı insan sümükləri və içərisində parçalanmamış cəsədlərin olduğu kisələr aşkarlanıb. Kisələrin üzərindəki dəfn tarixlərinin pandemiya dövrünə uyğun gəldiyi müəyyən edilib. Rumıniya polisi qalıqları götürüb.

Mer bildirib ki, dəfn qəbiristanlığın qaydalarına uyğun həyata keçirilməyib. Cəsədlər qəbiristanlıq administrasiyasının sərdabələrdən birini yenidən qurmaq qərarından sonra aparılan işlər zamanı aşkarlanıb.

Qəbiristanlığın idarəçiliyini son 16 il ərzində özəl xidmət həyata keçirib. Meriya qəbiristanlığın şəhər mülkiyyətinə qaytarılması üçün administrasiya ilə məhkəmə çəkişməsi aparıb.

Sentyabr ayında məhkəmə meriyanın xeyrinə qərar çıxarıb. Bundan sonra qəbiristanlıq ərazisinin modernləşdirilməsinə başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ