Qeyri-adi olay: Gəlini restorana tankla apardılar – Video

Qeyri-adi olay: Gəlini restorana tankla apardılar – Video
Toy günü gəlini evdən mərasim keçiriləcək saraya tankla gətiriblər.

7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə İngiltərənin Bolton şəhərində qeydə alınıb.

Məlumata görə, İngiltərədə restoranlar şəbəkəsinin sahibi Johngir Sadiq oğlu Jaz Johhgiri evləndirib. Bəy gəlinin evinə tankla gedib.

Qeyd edilir ki, gəlini gətirmək üçün böyük avtomobil karvanı olub, burada dünyanın ən bahalı maşınlarına rast gəlinib. Amma toy karvanının qarşısında gedən zirehli tank hamını təəccübləndirib. 25 yaşlı bəy gəlin maşını kimi istifadə etdiyi tankın üzərinə çıxaraq rəqs edib.

Qeyd edilir ki, toyu olan şəxs əslən Hindistandandır və uzun illərdir ki, İngiltərədə yaşayır.
 
 

7News.Az

Xəbər lenti