RU
Qəzza zolağında gərginlik artır
14:46
36

Qəzza zolağında gərginlik artır

7NEWS.az xəbər verir ki, gecə saatlarında Qəzza zolağında partlayış səsləri eşidilib. Qəzza təhlükəsizlik mənbələrindən verilən açıqlamaya görə, İsrail döyüş təyyarələri gecə saatlarında Qəzza zolağına raket zərbələri endirib. Bir çox nöqtəni hədəf alan hücumda Məğazi qaçqın düşərgəsi də 10-dan çox raketlə vurulub. Döyüş təyyarələri Qəzza zolağının mərkəzində yerləşən Əl-Batran hərbi dairəsini və Bureyc qaçqın düşərgəsini də hədəfə alıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, hücumlarda itki olmadığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ