RU
QHT Ermənistanın mina terroru ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib
12:21
785

QHT Ermənistanın mina terroru ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib


"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan sahibkarın minaya düşməsi ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaradır. İyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun mina partlayışı nəticəsində xəsarət alması bunun bariz nümunəsidir. 

Bəyanatda vurğulanıb ki, Azərbaycanda 2020-ci il Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 303 nəfərə çatıb. Ermənistanın mina terroru eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə qarşı çıxdığının açıq nümayişidir. 

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı qəti addımlar atmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ