RU
QHT Şuranın dəstəyilə erməni plagiatı əleyhinə layihəyə yekun vurub
16:23
725

QHT Şuranın dəstəyilə erməni plagiatı əleyhinə layihəyə yekun vurub

"Qaçqın və Deportasiya Olunmuşlara dayaq" İctimai Birliyi "Erməni plagiatlığına qarşı elektron mübarizə: Oğurlanmış Azərbaycan musiqilərinin müqayisəli video təhlili, çoxaldılması və youtube kanalı ilə yayımlanması, sosial şəbəkələrdə təbliği” layihəsinin icrasını da yekunlaşdırıb.

Layihə çərçivəsində YOUTUBE kanalında "stop armenian lies in music” (musiqidə erməni yalanlarına son) akkauntu yaradılıb. 50-dək Azərbaycan mahnı və melodiyalarının Azərbaycan dilində olan arxivlərindəndən versiyaları toplanıb. 


Həmin mahnıların ermənilər tərəfindən oğurlanmış versiyaları seçilərək yayılma tarixi, müəllifin yalançı tarixinədək toplanıb və hər iki versiya montaj olunaraq ekspertlərin rəy və müqayisəli təhlilləri əsasında video kliplər hazırlanıb. Video-kliplər Youtube kanalında yayımlanıb.  


Bu layihə çərçivəsində 20 mahnı seçilərək DVD formatda tirajlanıb, buklet hazırlanaraq paylanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ