RU
QHT Şurası “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis edir
20:06
926

QHT Şurası “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis edir

QHT Şurası  "Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”  təsis yığıncağını keçirəcək. 

Bu barədə 7news.Az-a QHT Şurasından məlumat verildi. Xəbərdə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda  "Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib. 

Bundan irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə "Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”-nın 09 sentyabr 2016-cı il tarixində təsis yığıncağını keçirəcək. 

Tədbir dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq. 
 

Açıq Hökumətin Təşviqinə Dair

Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə

MEMORANDUM

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 5 sentyabr 2012-ci il tarixdə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

 

Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.

 

Biz, aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvləri "Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfəninəzərə alaraq;

 

Hökumət-vətəndaş cəmiyyəti dialoqunun "Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin zəruriliyini vurğulayaraq;

"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq:

-Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi,

-Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi,

-Bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi

-Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Platforma) yaradıldığını bəyan edirik.

Platforma fəaliyyətində şəffaflıq, qərəzsizlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsiplərini əsas tutur.

 

Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- İnformasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək;

- "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq;

- "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək;

- Təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq.

- Elektron hökuməti təşviq etmək.

 

Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın Reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın Koordinatoru tərəfindən əlaqələndirilir.

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçisi üçün açıqdır və bütün üzvlər bərabər hüquqlara, vəzifələrə malikdirlər.

Biz yuxarıda göstərilən məqsədlərdən çıxış edərək Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyini və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alaraq bu Memorandumu imzaladıq.

Dövlət orqanları:

1.

Əli Hüseynli

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri

 

2.

Vüsal Hüseynov

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru

 

3.

Kamal Cəfərov

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi

 

4.

Azad Cəfərli

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Aparat rəhbəri

 

5.

Orxan İsayev

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi

 

6.

Rahim Rəhimov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi

 

7.

Nicat İmanov

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi

 

8.

Zakir Hacıyev

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

 

9.

Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru

 

10.

Sahib Məmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü

 

QHT təmsilçiləri:

 

 

1.

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

 

2.

Sabit Bağırov

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

 

3.

Rəna Səfərəliyeva

Şəffaflıq Azərbaycan İctimai Birliyi

 

4.

Vasif Mövsümov

Korrupsiyaya Qarşı Mübarizə Fondu

 

5.

Hafiz Həsənov

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi

 

6.

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

 

7.

Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi

 

8.

Abil Bayramov

Mülki Cəmiyyətə Doğru İctimai Birliyi

 

9.

Qadir İbrahimli

Güzəran Sosial Araşdırmalar İctimai Birliyi

 

10.

Ceyhun Musaoğlu

"Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi

 

11.

İlham Səfərov

"İnternyus Azərbaycan” İctimai Birliyi

 

12.

Nailə Həşimova

Avrasiya Əməkdaşlıq Fondu

 

13.

Xanoğlan Əhmədov

Media və Mülki Cəmiyyətə Doğru

 

14.

Ruhəngiz Hüseynova

Qadınlar Arasında Həmrəylik İctimai Birliyi

 

15.

İsrail İsgəndərov

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

 

16.

Əhməd Abbasbəyli

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi

 

17.

Xalid Kazımov

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

 

18.

Elxan Şükürlü

İnformasiya, Təhlil və Planlaşdırma İctimai Birliyi

 

19.

Novella Cəfərova

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

 

20.

Səltənət Qocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

 

21.

Səadət Bənənyarlı

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi

 

22.

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

 

23.

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

 

24.

Rauf Zeyni

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

 

25.

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

 

26.

Şəhla İsmayıl

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti

 

27.

Qorxmaz İbrahimli

Demokratik Seçki Mərkəzi

 

28.

Tamxil Hacıyev

Hərbi mövzuda ixtisaslaşmış jurnalistlər İctimai Birliyi

 

29.

Fərid Şahbazlı

İslahatçı gənclər İctimai Birliyi

 

30.

Rafik İsmayılov

Vətəndaş cəmiyyəti uğrunda İctimai Birliyi

 

31.

Samir İsayev

Hüquqi Düşüncə İctimai Birliyi

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ