Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin avqust fyuçersləri üzrə qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 0,02 faiz azalaraq 3 991,2 ABŞ dollarına düşüb.
Eyni birjada 2026-cı ilin sentyabr fyuçersləri üzrə gümüşün bir unsiyasının dəyəri isə 1,19 faiz ucuzlaşaraq 55,52 ABŞ dolları təşkil edib.








