RU
14:10
301

"Qızlarımız erməni səhifələrində məni pisləyir" - Ülviyyə

Aktrisa Ülviyə Xəlilbəyova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib. 

 
7News.Az-ın məlumatına görə, aktrisa ona həyat yoldaşı Murad İsmayılla bağlı yazılan "ayrılacaqlar" sözlərinə əsəbiləşdiyini qeyd edib:

"Bu insanları heç anlaya bilmirəm. Niyə bu qədər aqressiv və kinlisiz? Niyə ayrılacaqlar, boşanacaqlar kimi fikirlər yazırsız. Falçısız? Bu qədər gələcəyi bilirsizsə, gedin bisavad başınıza bir çarə qılın. Allah ürəyinizə görə versin.
 
Erməni səhifəsində məni pisləyəcək qədər axmaq qızlarımız var. Sizdən utanıram. Öz səhifələrimizdə içinizin qurdlarını tökürsüz. Bəs eləmir? Heç olmasa, düşmən profilində özünüzü sıxıb saxlayın".
 
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ