Quba rayonunun Əlibəyqışlaq kəndində qəribə məxluq peyda olub.

Kənd sakinlərinin telefonla çəkdiyi görüntülər ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində nümayiş etdirilib.

3 aydır evində qeyri-adi varlığın göründüyünü bildirən kənd sakini ailə üzvlərinin evə girə bilmədiklərini söyləyib.

Kəndin axundu da verilişə gəlib. O, kənd əhalisinin istəyilə proqrama qatıldığını bildirib və həmin qeyri-adi məxluqun tutulması üçün kömək istəyib.

Onun sözlərinə görə, sözügedən varlıq insanlara daş ataraq xəsarətlər yetirir.