Rafet El Romandan qalmaqallı şəkildə boşanan model Tuğba Altıntop keçmiş həyat yoldaşı ilə yenidən evlənməyə qarşı olmadığını bildirib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "2-ci sayfa” verilişinin qonağı olub. Model verilişdə "Rafet də, mən də subayam. Hər şey ola bilər. Allahın 1995-ci ildə yazdığı tale nəticəsində evləndik, yenə yazıbsa, yenə də evlənərik. Taleyimizdə varsa, o kitabı bir daha oxuyacağıq. Qızlarımız evlənməyimizi çox istəyir. Rafet evlənmək təklif etsə, qəbul edib etməyəcəyimi dəqiq deyə bilmərəm, hər halda qızlardan soruşardım” , - deyə qeyd edib.
Daha sonra Tuğba sözlərinə əlavə edib ki, fevral 14-də hər kəsə böyük sürpriz hazırlayıblar. Nə olduğunu isə açıqlamayıb. Onun "Gözləyib görəcəyik" deməsi böyük maraq doğurub. Xatırladaq ki, Rafet El Roman ilə Tuğba Altıntop 2003-ci ildə qalmaqallı bir şəkildə boşanıb.


7News.Az








