Bu sözləri bir müddət bundan əvvəl reanimasiyaya yerləşdirilən müğənni Səyyad Əlizadə qafqazinfo.az-a sağlamlığı ilə bağlı danışarkən söyləyib. İfaçının sözlərinə görə, artıq sağalıb:
"Bəzi saytlar məsələni çox şişirtdi. Çaş-baş qalmışam, insanlar bilmədiyi, öyrənmədiyi məlumatı necə yaza bilər? Haqqımda əvvəl də çox şayiələr yayılmışdı. Ölüm xəbərim belə yazılmışdı. Yəqin ki, onlarda vicdan yoxdur. Bu işə zarafat kimi baxırlar. Mənim yaxınlarım, sevənlərim var. Onlara pis təsir edə bilər. Güclü soyuqdəymədən bir həftə xəstəxanada yatdım. El arasında "sətəlcəm" deyirlər. Özümüzə fikir vermirik, elə hərəkət edirik ki, elə bil 20 yaşımız var. Yaş da öz sözünü deyir, cavan deyilik.
Gərək özümüzə diqqət edək. Mən isə özümə baxmadım, soyuqladım. İndi isə min şükür, hər şey yaxşıdır".//big.az








