Bugünlərdə "İrəli" İctimai Birliyi Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu"na start verəcək. 7News.az-ın verdiyi xəbərə görə Forumda 16 regionun ən fəal və aktiv gəncləri təmsil olunacaqdır. Bu barədə təşkilatın sədri Mirhəsən Seyidov məlumat verib: "Uzun müddətdir üzərində çalışdığımız "Region Gənclərinin Əməkdaşlığı Forumu" bir neçə gündən sonra Avropa Gənclər Paytaxtında öz işinə start verəcək. Planlama və layihə hədəflərində Azərbaycanın 10 regionunu məqsəd seçmiş layihə müraciətlər əsnasında 16 regionun ən fəal və aktiv gənclərinin iştirakı ilə həyata keçiriləcəkdir. Çətin iş oldu bəlkə də, əziyyətli oldu regionlarla birgə çalışmaq amma uğurlu nəticələrin olacağına tam şəkildə əminəm.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Regional İnkişaf İctimai Birliyi tərəfdaşlığı ilə "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçiriləcək layihədə iştirak üçün seçilmiş bütün gəncləri təbrik edir və təşkilati komandaya təşəkkür edirəm. Gəncədə görüşənədək !"








