RU
”Region gənclərinin Gəncə forumu” reallaşdı
13:43
1521

”Region gənclərinin Gəncə forumu” reallaşdı

”Sağlam Gəncliyə Doğru” İctimai Birliyi Azərbaycan Republikası Prezidenti yanında Gənclər Fondunun, Gəncə şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə  Gəncə şəhərində  ”Region gənclərinin Gəncə forumu” adlı layihəsini həyata keçirmişdir.

Forumda Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Müşfiq Cəfərov, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin sədri Turqay Həsənəliyev,  “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova, “İrəli” İB-in sədri Mirhəsən Seyidov  və fəal gənclər iştirak ediblər.

Təşkilatın sədri Turqay Həsənəliyev bildirib ki, forumun əsas məqsədi gənclər və tələbələr arasında bilik mübadiləsinin aparılması, region gənclərinin fəallığı, düzgün qərar qəbuletmə keyfiyyətlərinin yüksəldilməsi, onlarının şəbəkələşmə prosesinə təkan verilməsi, təşəbbüskarlıqlarının artırılmasına kömək etməkdən ibarətdir.

Qeyd edək ki, layihə çərçivəsində gənclərə “İctimai sektor nədir?”, “Gəncin cəmiyyətin inkişafında rolu”, “Təşkilatlanma”, “Aktiv gənclərin qeyri-hökumət təşkilatlarına cəlb olunması” kimi mövzular ətrafında müzakirələr aparılmışdır

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ