RU
Region gənclərinin peşə bacrıqları artırılacaq
13:14
947

Region gənclərinin peşə bacrıqları artırılacaq

Təhsil, maarifçilik, gənclərin vətəndaş cəmiyyəti və dövlət quruculuğunda rolunun artırılmasına çalışan Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 20 ildir ölkənin gənclər sektorundakı fəal QHT-dən biri kimi aktiv fəaliyyət göstərməkdədir. Gənclər üçün humanitar-sosial, maarifçilik, gənclərin fəal iştirakı, qeyri-formal tədris, hüquqi biliklərin artırılması istiqamətində 100-dən artıq layihə, proqram həyata keçirmiş ADTGT fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən ADTGT-nin "Region gənclərinin peşə bacarıqlarının və peşəkarlıq imkanlarının artırılması” adlı maarifləndirici layihəsi dəstəklənmişdir. 3 ay müddətində (noyabr 2016 – yanvar 2017 )icra olunacaq layihə Naftalan şəhəri, Bərdə, Ucar və Ağsu rayonlarının 100 nəfər gəncinin peşə bacarıqlarının, peşəkarlıq imkanlarının artırılmasına, onların karyera inkişafına dəstək verəcək, region gənclərində peşə hazırlıqlarına, müasir peşə və ixtisaslara stimul, motivasiya yaratmaq, onlarda yalnız öz bilik və bacarıqları sayəsində karyera yüksəlişinə nail olmaq istiqamətində yardımçı olacaqdır.

 

Layihə çərçivəsində ADTGT Peşə Təhsili üzrə Dövlət Agentliyi, rayon (şəhər) İcra Hakimiyyətləri və yerli Gənclər və İdarələri ilə sıx əməkdaşlıq quraraq, peşə bacarıqları, peşəkarlıq imkarları, peşə hazırlığı və karyera inkişafı mövzularında region gəncləri üçün pulsuz hazırlıq və təlim kursları açacaq, onların iş müsabiqə və müsahibəsinə hazırlanmasına, CV və digər sənədlərin tərtibinə, karyera yüksəlişi, məntiqi dünyagörüş və İKT səviyyələrinin artırılmasına dəstək olacaq, iştirakçı gənclərin qiymətləndirməsini, region gənclərinin karyera inkişafına təkan verəcək sosioloji sorğu və ictimai monitorinq təşkil edəcəkdir.

 

ADTGT və əməkdaşlıq edilən digər tərəfdaş dövlət qurumları ilə birgə yaxın günlərdə iştirakçıların seçimi üçün ərizə qəbulu elanına start veriləcək, KİV və sosial şəbəklər vasitəsilə peşə bacarıqları, peşə hazrlığı, peşəkarlıq imkarları və karyera inkişafı üzrə təlim kursları, onların proqramı və ümumilikdə layihənin ictimai əhəmiyyəti haqqında informasiyalar yayılacaqdır.

 

Fəaliyyət Planına uyğun region gəncləri üçün maarifləndirici, zəngin məlumatlı Yaddaş Kitabçası çap olunub paylanacaq, sosial şəbəkələrdə layihənin geniş PR işləri və sosial reklam kampaniyası həyata keçiriləcəkdir. Sonda sertifikatlarla təltif olunacaq layihə iştirakçılarının şəbəkəsi yaradılacaq, onlar sosial şəbəkədə qurulacaq qrup və səhifə vasitəsilə requlyar virtual təlim və informasiya mübadiləsinə cəlb olunacaqlar. Pilot olaraq 4 rayonda həyata keçirilən bu layihənin gələcək davamlılığı üçün bu fəaliyyətlərdən digər regionların və ümumilikdə ölkə gənclərinin faydalanması da nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ