Çörəkçinin meyiti səkkiz il sonra evindən tapıldı

Çörəkçinin meyiti səkkiz il sonra evindən tapıldı

Qərbi Almaniyanın Senden şəhərində yanğınsöndürənlər mənzildə 8 il əvvəl ölmüş kişi meyiti aşkarlayıblar.

7News.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşriyyatı məlumat yayıb.

Belə ki, binanın zirzəmisində baş verən yanğın zamanı yanğınsöndürənlər sakinləri təxliyə etmək üçün hamını çölə çıxarıb. 

Yanğınsöndürənlər mənzillərdən birindən səs gəlmədiyinə görə, məcbur qapını sındırıblar.

İçəridə bir kişi meyiti və it cəsədi aşkarlanıb.  Onların 8 il əvvəl aclıqdan öldüyü ehtimal olunur.

Ev sahibi, 59 yaşlı Heinz, sonuncu dəfə 2011-ci ildə görülüb. Ondan sonra Heinzdən xəbər alan olmayıb. 

 

Qonşu Angelika Havener, qəribə bir qoxu səbəbiylə dəfələrlə təşkilatlara müraciət etdiyini, lakin onlardan heç bir reaksiya olmadığını bildirib.  

Qadın Heinzin əvvəllər çörəkçi kimi işlədiyini, sonra una allergiyası olduğuna görə, işini tərk etdiyini söyləyib. /ölkə.az

7News.Az

Xəbər lenti